22 C
Baku
Tuesday, April 22, 2025

Aİ Ukrayna üçün Rusiya aktivlərindən 2,1 milyard avro mənfəət tələb edib

Avropa İttifaqı (Aİ) Ukraynaya təqdim etmək üçün Rusiyanın mərkəzi depozitarlarda saxlanılan dondurulmuş aktivlərindən 2,1 milyard avro mənfəət tələb edib.

Bu barədə Avropa Komissiyasından məlumat verilib.

“Bu həftə Aİ Rusiya Mərkəzi Bankının qiymətli kağızlar üzrə mərkəzi depozitarlarda saxlanılan immobilizasiya edilmiş aktivlərindən 2,1 milyard avro gözlənilməz mənfəət tələb edib. Bu məbləğ 2024-cü ilin iyulunda təqdim edilən birinci tranşdan sonra bu cür ikinci transfer olacaq. Bu, 2024-cü ilin ikinci yarısında yığılan gəlirləri əhatə edir”, – məlumatda bildirilib.

Son xəbərlər
Digər xəbərlər