14 C
Baku
Saturday, May 4, 2024

Aİ Ukrayna üçün silah istehsalına əlavə €500 mlrd. ayıracaq

Avropa Komissiyası Ukrayna Silahlı Qüvvələri üçün sursat və artilleriya avadanlığının istehsalına dəstək haqqında qanun qəbul edib. Bu məqsədlə Aİ büdcəsindən 500 milyard avro ayrılacaq.

AK prezidenti Ursula fon der Leyen qeyd edir ki, Avropa İttifaqı artıq 1 milyard avro dəyərində yeni Avropa Sülh Fondunun dəstəyi ilə Ukraynanı mövcud ehtiyatlarından əlavə döyüş sursatları ilə təmin edir. Bundan əlavə, Aİ Ukrayna Silahlı Qüvvələri üçün mərmilərin alınması üçün daha 1 milyard avro ayırıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Vəsait mövcud hərbi texnikanın təkmilləşdirilməsinə və yeni hərbi texnikanın yaradılmasına, eləcə də hazır döyüş sursatlarının modernləşdirilməsinə yönəldiləcək.

Aİ-nin daxili bazar üzrə komissarı Tyerri Bretonun sözlərinə görə, bu plan 12 ay ərzində assosiasiyanın istehsal gücünü Ukrayna üçün ildə 1 milyon mərmiyə çatdırmağa imkan verəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər