32 C
Baku
Saturday, June 25, 2022

Aİ Ukraynadan taxılı çıxarmaq üçün hərbi-dəniz missiyası təşkil edə bilər

Avropa İttifaqı (Aİ) Ukraynadan, o cümlədən bu ölkənin Odessa şəhərindən taxılın çıxarılmasına kömək üçün hərbi-dəniz missiyası təşkil edə bilər.

Aİ-nin bazar ertəsi başlayacaq sammitində Ukraynadan aqrar məhsul tədarükündən asılı olan ölkələrdə artan aclıq riski məsələsi qaldırılacaq.

Qurum tez bir zamanda Ukrayna ərazisində bloklanan böyük həcmdə qarğıdalı, arpa, ilk növbədə isə buğdanıın çıxarılmasını zəruri sayır.

Belə bir missiyanın reallaşdırılması zamanı əsas çətinliklərdən biri Odessa limanına Avropa gəmilərinə keçid verməkdir. Bu, Montrö Konvensiyası ilə tənzimlənən məsələdir. Onun tələblərinin yerinə yetirilməsinə nəzarət isə Türkiyəyə məxsusdur. Söhbət humanitar missiyadan getdiyi üçün rəsmi Ankaranın Avropa gəmilərinin keçidinə icazə verəcəyi ehtimal edilir.

Xatırladaq ki, müharibədən əvvəl Ukrayna ildə orta hesabla 18 milyon ton buğda, 24 milyon ton qarğıdalı və 5 milyon ton arpa ixrac edirdi. Tunisin idxal etdiyi buğdanın 53 %-i, Liviyanın – 44 %-i, Misirin – 26 %-i bu ölkənin payına düşür. Təxminən 1,7 milyard nəfərin yaşadığı Hindistan və Pakistanın Ukrayna buğdasından asıllığı 50 %-ə qədərdir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər