Avropa İttifaqı (Aİ) ukraynalı qaçqınlara yardım göstərilməsi üçün üzv ölkələrə 3,5 milyard avronun ayrılmasını təsdiq edib.
Bu barədə Aİ-nin rəsmi məlumatında deyilir.
“Aİ səfirləri üzv ölkələrin REACT-EU (Recovery Assistance for Cohesion and the Territories of Europe, Avropada Birliyin və Ərazilərin Bərpasına Yardım) çərçivəsində maliyyəyə çıxış imkanı verən təklifi təsdiqləyiblər. Bu il, ümumilikdə, 3,5 milyard avro ödəniləcək”, – sənəddə deyilir.
Sənəddə ilkin maliyyənin 45%-ni alacaq ölkələr sadalanıb: Ukrayna ilə həmsərhəd olan Macarıstan, Polşa, Rumıniya və Slovakiya, həmçinin əhalisinin 1%-dən çox qaçqın qəbul etmiş ölkələr – Avstriya, Bolqarıstan, Çex Respublikası, Estoniya və Litva.