11 C
Baku
Wednesday, December 11, 2024

Aİ Ukraynaya 1.5 mlrd. avroluq yeni tranş ayırıb

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen “X” (keçmiş “Twitter”) sosial şəbəkəsində bildirib ki, Avropa İttifaqı Ukraynaya makromaliyyə yardımı proqramı çərçivəsində daha 1.5 milyard avro həcmində tranş ayırıb, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

“Biz Ukraynanı dövləti bərpa etmək səylərində dəstəkləyirik. Bu gün biz Ukraynaya daha 1.5 milyard avroluq tranş ayırdıq”, – mesajda deyilir.

Ötən ilin noyabrında Avropa Parlamenti Avropa İttifaqından Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində maliyyə yardımı paketini təsdiqləyib. Yardımın böyük hissəsi 10 illik güzəşt dövrü ilə kreditlər şəklində ayrılacaq və rüblük ödəniləcək. Gözlənilir ki, 18 milyard avro həcmində kredit və qrantlar 2023-cü ildə Ukrayna büdcəsi kəsirinin təxminən yarısını ödəyəcək.

İyun ayında Ursula fon der Leyen 2024-2027-ci illərdə ölkənin bərpası üçün Kiyevə 50 milyard avro ayrılacağını açıqlamışdı. Daha sonra AK aydınlaşdırıb ki, Ukrayna maliyyə almaq üçün ölkənin yenidən qurulması, o cümlədən Avropa İttifaqına daxil olmaq üçün zəruri islahatların aparılması planını qəbul etməlidir. Bildirilir ki, Ukraynaya Yardım Fondu 17 milyard avro qrant və 33 milyard avro kreditdən ibarət olacaq.

Son xəbərlər
Digər xəbərlər