3 C
Baku
Tuesday, January 6, 2026

Aİ Ukraynaya 90 milyard avroluq yardım paketinin ilk tranşını ikinci rübədək təqdim edəcək

Avropa Komissiyası (AK) 2026–2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq yardım paketindən Ukraynaya ilk tranşı 2026-cı ilin ikinci rübünədək təqdim etməyi planlaşdırır. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Matsey Berestetski Brüsseldə keçirilən brifinqdə bildirib.

“Biz, əlbəttə ki, Ukraynaya maliyyə vəsaitinin mümkün qədər tez təqdim edilməsinin vacibliyini anlayırıq. İlk tranşın köçürülməsini ən gec 2026-cı ilin ikinci rübünədək həyata keçirməyi planlaşdırırıq”, — deyə o qeyd edib.

Avropa Komissiyasının nümayəndəsi əlavə edib ki, bu vəsaitin ayrılması üçün Kiyevə təqdim ediləcək bütün sənədlər və şərtlər paketi 2026-cı ilin yanvarında Aİ Şurası və Avropa Parlamentinin təsdiqinə təqdim olunacaq.

Ukraynaya 90 milyard avro həcmində yardım paketi Aİ ölkələrinin birgə borclanması əsasında dekabr ayında keçirilən Avropa İttifaqı sammitində razılaşdırılıb. Bu paket Belçikanın blokladığı Rusiya aktivlərinin müsadirəsinə alternativ kimi qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər