Martın 15-dək Avropa İttifaqı (Aİ) Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək.
TASS xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat, maliyyə və yenidənqurma naziri Bruno Le Maire Avropa İttifaqının iqtisadi departament rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra bildirib.
“Biz əlavə olaraq Ukraynaya 1,2 milyard avro məbləğində yardım göstəririk ki, bunun da 600 milyon avrosu martın 15-dək göndəriləcək”, – Le Maire qeyd edib.