11 C
Baku
Monday, November 25, 2024

Aİ Ukraynaya döyüş təyyarələrinin göndərilməsini maliyyələşdirməyəcək

Avropa İttifaqının vəsaiti Ukraynaya döyüş təyyarələrinin tədarükünü maliyyələşdirmək üçün istifadə edilməyəcək.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Le Journal du Dimanche” qəzetinə müsahibəsində deyib.

Eyni zamanda o, etiraf edib ki, Aİ-yə üzv bəzi dövlətlər hava qüvvələrinin istifadəsi ilə bağlı vəsait və ya ehtiyat hissələrin tədarükü imkanlarını nəzərdən keçirirlər.

Mişel xatırladıb ki, Aİ Ukraynaya 450 milyon avro dəyərində silahlar və 50 milyon avro dəyərində müdafiə texnikası göndərəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər