11 C
Baku
Monday, November 25, 2024

Aİ Ukraynaya €1.5 mlrd. hərbi yardım ayırır

Avropa Şurasının prezidenti Şarl Mişel bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya ümumilikdə 1.5 milyard avroluq hərbi yardım edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Cənab Mişel onu da bildirib ki, Avropa Şurası iyunun sonuna qədər Ukraynanın Aİ-yə namizəd statusu almaq imkanları ilə bağlı Avropa Komissiyasının rəyini alacaq. Bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Öz növbəsində, cənab Zelenski Aİ üzvlüyünün ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyib. “Aİ-yə gələcək üzvlüyümüzə gəlincə, bu, dövlətimiz üçün prioritetdir”, – deyə Ukrayna Prezidenti deyib.

Ukrayna fevralın 28-i Rusiyanın müharibəyə başlamasından bir neçə gün sonra Aİ-yə üzvlük üçün müraciət edib. Aprelin 18-də Ukrayna prezidentinin ofisi bildirib ki, cənab Zelenski Avropa İttifaqının nümayəndəsinə Aİ-yə namizəd statusu almaq üçün sorğu vərəqəsini verib.

Son xəbərlər
Digər xəbərlər