Aİ Ukraynaya €2,8 milyard ayırıb

Avropa Komissiyası Ukraynaya 2,8 milyard avro həcmində büdcə yardımı ayırdığını açıqlayıb. Bu, 2024-cü ildə təsdiqlənmiş 50 milyard avroluq proqram çərçivəsində yeddinci tranşdır.

“Avropa Komissiyası Ukraynaya 2,8 milyard avro büdcə yardımı ayırıb. Bu, Ukrayna üçün Avropa Fondu çərçivəsində yeddinci tranşdır”, – deyə Avropa Komissiyasının nümayəndəsi Guillaume Mercier Brüsseldə keçirilən brifinqdə bildirib.

Mersye əlavə edib ki, 2024-cü ilin mart ayından etibarən Avropa İttifaqı bu proqram çərçivəsində Kiyevə ümumilikdə 29,5 milyard avro vəsait ayırıb.

Proqramın ümumi həcmi 50 milyard avro təşkil edir. Maliyyələşdirmə Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlər hesabına xidmət olunan kreditlərə əsaslanır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər