4 C
Baku
Sunday, December 4, 2022

Aİ Ukraynaya görə Rusiyanın 17 milyard avroluq aktivlərini dondurub

Avropa İttifaqı (Aİ) Moskvanın Ukraynanı işğal etməsindən sonra Rusiyanın 17 milyard avro dəyərində aktivlərini dondurub.

Bunu Aİ-nin ədliyyə komissarı Didye Reynders “Funke” media qrupuna məxsus qəzetə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu vaxtadək 7 üzv ölkədə 90 nəfərə məxsus aktivlər dondurulub. Əlavə edib ki, təkcə Almaniyada dondurulan aktivlərin həcmi 2,2 milyard avro təşkil edir.

“Bu, Aİ tərəfindən müsadirə edilmiş kriminal puldur və onun Ukraynaya kompensasiya kimi köçürülməsi mümkündür. Bu məbləğ Ukraynanın yenidənqurmasının maliyyələşdirilməsi üçün kifayət etməkdən çox uzaqdır”.

Reynders Beynəlxalq Cinayət Məhkəməsində rusiyalı şübhəlilərə qarşı ilk müharibə cinayəti məhkəmələrinin bu il başlayacağına əmin olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər
X