6 C
Baku
Sunday, December 15, 2024

Aİ Ukraynaya hərbi yardımın miqdarını 3.1 milyard avroya çatdırır

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardımın miqdarını 3.1 milyard avroya çatdırır.

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter”də bildirib.

“Dmitri Kuleba Aİ-nin Xarici İşlər Şurasının iclasında bomba sığınacağından müraciət edərkən, biz Aİ-nin Ukraynaya hərbi yardımını 3,1 milyard avroya çatdırırıq və Aİ-nin bu ölkə üçün hərbi təlim missiyasına başlayırıq. Rusiyanın son hücumları Ukraynanı dəstəkləmək əzmimizi sarsıtmayacaq, yalnız onu gücləndirəcək”, – Borrell vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər