28 C
Baku
Saturday, August 13, 2022

Aİ və Ukrayna Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində işləyir

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümyəndəsi Cozep Borrell arasında telefon danışığı olub.

Bu barədə Dmitri Kuleba “Twitter”də bildirib.

Nazirin sözlərinə görə, tərəflər Ukraynanın Aİ-yə namizəd ölkə olduqdan sonra gələcək addımları və G20 ölkələrinin xarici işlər nazirləri toplantısı öncəsi əlaqələndirilmiş mövqeləri müzakirə ediblər.

“Hər ikimiz Aİ-nin Rusiyaya qarşı yeddinci sanksiya paketinin zəruriliyi barədə razıyıq və bunun üzərində işləyirik”, Kuleba qeyd edib.

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər