İyulun 1-dən Avropa İttifaqı ilə ABŞ arasında yeni ticarət sazişini qüvvəyə mindirəcək. Sazişə əsasən, bütün Avropa məhsulları ABŞ-də 15%-lik gömrük rüsumuna cəlb olunacaq, bunun müqabilində isə ABŞ məhsulları Avropa İttifaqına sıfır gömrük rüsumu ilə daxil olacaq. Bu barədə Avropa Şurası məlumat yayıb.
“Avropa İttifaqı ABŞ ilə ticarət sazişinin təsdiqi prosesini başa çatdırıb. Saziş iyulun 1-dən qüvvəyə minəcək”, – deyə Aİ Şurasının bəyanatında bildirilir.
Saziş həmçinin Avropa İttifaqının 2028-ci ilə qədər ABŞ-dən 750 milyard dollar dəyərində enerji resursları almaq öhdəliyini də əhatə edir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından bu sazişin iyulun 4-dək qüvvəyə minməsini tələb etmişdi, əks isə halda Aİ-yə qarşı yeni gömrük rüsumlarının tətbiq ediləcəyini demişdi.






