“The Economist” jurnalının və “YouGov”dan olan sosioloqların sorğusunun nəticələrinə görə, ABŞ və Avropa sakinləri arasında Ukraynaya dəstək səviyyəsi aşağı düşüb.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
2022-ci ilin fevralında Böyük Britaniyada respondentlərin 45%-i Ukraynaya tankların göndərilməsinin tərəfdarı olub, dekabrda isə onların payı 35% təşkil edib. Oxşar azalmalar Fransa, Almaniya, İtaliya və İspaniyada da baş verib. İnfoqrafiyadan məlum olduğu kimi, Almaniyada daha sərt sanksiyalara dəstək səviyyəsi 40%-dən 30%-ə, Fransada isə 25%-dən 20%-ə düşüb.
ABŞ-ın Demokratik və Respublikaçı partiyalarında Ukraynaya maliyyə yardımının göndərilməsinə dəstək səviyyəsi 2022-ci ilin aprelində 82% və 67%-dən dekabrda 75%-ə və 39%-ə enib. Sorğunun göstərdiyi kimi, ABŞ-da ərzaq və dərman təminatına dəstək yüksək səviyyədə qalır (demokratların 86%-i və respublikaçıların 78%-i).