Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında 20 ildə ilk dəfə olaraq malların kiçik bir dövriyyəsini əhatə edən gömrük rüsumlarının azaldılmasına dair sazişi təsdiqləyib.
Bu barədə Avropa Parlamentinin açıqlamasında deyilir.
“Parlament 638 səslə sazişi dəstəkləyib, 45 səs sazişin əleyhinə verilib, 11 deputat bitərəf olub”, açıqlamada deyilir.
Avropa Parlamenti bu sazişin konstruktiv transatlantik qarşılıqlı əlaqənin bərpası üçün əsas ola biləcəyini qeyd edir.
Qeyd edək ki, ABŞ və Aİ arasındakı ticarət əlaqələri hazırda qənaətbəxş deyil. 2018-ci ilin birinci yarısında ABŞ Aİ-yə qarşı polad və alüminium məhsullarının idxalına müvafiq olaraq 25% və 10% rüsumlar tətbiq etmişdi. Aİ buna cavab olaraq analoji addım atmışdı.