10 C
Baku
Saturday, November 23, 2024

Aİ və Dünya Bankı Azərbaycan üzrə saziş imzalayıb

Avropa İttifaqı (Aİ) və Dünya Bankı ara­sında Azərbaycan üçün Çevik Texniki Yard­ım Aləti (AZTAF) üzrə inzibati saziş im­zalanıb.

Ümumi büdcəsi 5.25 mln. avro təşkil edən bu üçillik proqram Aİ tərəfindən maliy­yələşdirilir və Dünya Bankı tərəfindən idarə olunur.

Proqramın məqsədi Azərbaycan hökumətinə “Azərbaycan 2030: sosial-iqti­sadi inkişafa dair Milli Prioritetlərə” uyğun olaraq, məsləh­ət və analitik dəst­əyi və potensialın gücləndirilməsini təm­in etməkdən ibarətdi­r. Bu dəstək sosial inklüzivliyi və bağ­lantıları gücləndirm­əyə, iqtisadi islah­atlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini güclən­dirməyə və COVID-19­-un təsirlərinin səm­ərəli şəkildə aradan qaldırılmasına kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər