21 C
Baku
Saturday, May 4, 2024

Aİ və Rusiya Kalininqrada tranzitlə bağlı razılaşıb

Avropa İttifaqı və Rusiya Kalininqrad vilayətinə yüklərin tranziti ilə bağlı razılığa gəlib.

Bu barədə “İzvestiya” qəzeti yüksək vəzifəli rusiyalı məmura istinadən məlumat yayıb.

“Sənəddə bildirilib ki, Rusiyanın subyektləri arasında yüklərin hərəkətini məhdudlaşdırmaq olmaz və onlar istisna hal kimi sanksiya siyahısından çıxarılacaq. Söhbət həm dəmir yolu, həm də avtomobil yolu ilə tranzitdən gedir”, – mənbə məlumat verib.

Bundan başqa, Kalininqradla bağlı istisnalar Avropa İttifaqının iyulda Rusiyaya qarşı qəbul etməyi planlaşdırdığı 7-ci paket sanksiyalarda ayrıca müddəa kimi qeyd olunacaq.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər