13 C
Baku
Friday, November 22, 2024

Aİ və Türkiyə gömrük ittifaqının yenilənməsini müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) və Türkiyə “avropalı tərəfdaşların və investorların etimadını bərpa etmək” üçün gömrük ittifaqının yenilənməsini müzakirə edəcəklər. İqtisadiyyat üzrə Avropa komissarı Paolo Gentiloni bildirib ki, tərəflər bir sıra “çətin məsələləri” həll etməlidirlər.

Xatırladaq ki, cənab Gentiloni son iki həftə ərzində Türkiyənin maliyyə naziri Mehmet Şimşək ilə iki dəfə görüşüb və “nazirin həm hökumətin iqtisadi planları, həm də Türkiyənin Aİ ilə əlaqələri haqqında müsbət açıqlamalarını” eşitməkdə maraqlı olduğunu bildirib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Bloomberg” yazır ki, yüksək səviyyəli Avropa rəsmiləri Türkiyənin Aİ ilə münasibətləri bərpa etmək səylərini alqışlayıblar. Assosiasiya hesab edir ki, ölkə “zəifləyən iqtisadiyyatını gücləndirməyə və qismən inflyasiyanın artması nəticəsində yaranan böhrana son qoymağa kömək etmək üçün xarici investorları cəlb edir”.

İyulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fars körfəzi ölkələrinə – BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına səfər edib. Ankara Türkiyə iqtisadiyyatına 50 milyard dollardan çox sərmayə yatırılmasını gözləyir.

Son xəbərlər
Digər xəbərlər