13 C
Baku
Saturday, November 23, 2024

Aİ və Yaponiya ABŞ-ın Rusiyaya ixraca tam qadağa tətbiq etmək təklifinə qarşı çıxıblar

Avropa İttifaqı (Aİ) ölkələri və Yaponiya ABŞ-ın G7 ölkələrinə Rusiyaya demək olar ki, bütün ixracı qadağan etmək təklifinə qarşı çıxıblar. ABŞ administrasiyasının iki rəsmisi “Financial Times”a bildiriblər ki, Vaşinqton may ayında Xirosimada keçiriləcək G7 sammitində Rusiyaya bütün ixracı qadağan etmək planını təqdim etməyi planlaşdırır.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Lakin qəzetin qeyd etdiyi kimi, ötən həftə keçirilən sammit öncəsi hazırlıq iclasında Aİ və Yaponiya nümayəndələri bildiriblər ki, Rusiyaya ixraca tam qadağa qoymaq mümkün deyil.

Üçgünlük G7 sammiti Xirosimada keçiriləcək və mayın 19-da başlayacaq. Burada əsas diqqət Rusiya və Ukrayna arasında münaqişənin nəticələri, iqtisadi təhlükəsizlik, yaşıl sərmayə və Hind-Sakit okean regionuna yönələcək.

Son xəbərlər
Digər xəbərlər