2 C
Baku
Saturday, December 14, 2024

Aİ vətəndaşlarının üçdə bir hissəsi həftəlik məzuniyyətə çıxa bilmir

Avropa İttifaqı ölkələrinin bir çox sakinləri üçün yay istirahət və səyahət deməkdir, lakin əhalinin 28,3% 2018-ci ildə məzuniyyət ala bilməmişdir.

Banker.az xəbər verir ki, 2013-cü ildə onların payı 39,5% təşkil etmişdir.

Aİ-nın 28 ölkəsi arasında məzuniyyət götürə bilməyən vətəndaşların sayına görə birinci yerdə Rumıniya (58,9%), ikinci yerdə Xorvatiya (51,3%), üçüncü yerdə Yunanıstan (51%) və dördüncü yerdə Kipr (51%) durur.

Son iki sıranı Lüksemburq (10,9%) və İsveç (9,7%) tutub.

qr

“Eurostat” qeyd edir ki, ümumilikdə son beş ildə vəziyyət bir qədər yaxşılaşıb.

“Bəxtsizlər” in sayının azalması daha çox Bolqarıstanda (2013-cü ildə 63,6%-dan 30,5% qədər) və Polşada (60,6%-dan 34,6% qədər) qeydə alınıb.

 

Son xəbərlər
Digər xəbərlər