26 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Aİ vaksinasiya üçün Azərbaycana maliyyə dəstəyini artırır

Screen Shot 2021 09 02 at 14.34.20

Avropa Komissiyası tərəfdaş ölkələrdə koronavirusa qarşı peyvəndlənmənin dəstəklənməsi ilə bağlı Avropa İttifaqının səyləri çərçivəsində “Şərq tərəfdaşlığı” ölkələrində vaksinasiya kampaniyalarının sürətləndirilməsi məqsədilə yardım paketinin artırılmasını təsdiqləyib.

Bu barədə Avropa Komissiyasına istinadən məlumat verilir.

Qeyd olunur ki, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistana təqdim olunan məbləğ 40 milyon avrodan 75 milyon avroyadək artırılıb.

Yeni yardım paketi vasitəsilə “Şərq tərəfdaşlığı” ölkələrinin vaksinlərə çıxış imkanlarının genişləndirilməsi, Aİ üzv ölkələri arasında vaksin mübadiləsinin asanlaşdırılması və vaksinlərin əldə olunması üçün xərclərin qarşılanması planlaşdırılır.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Trend
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər