8 C
Baku
Thursday, January 8, 2026

Aİ Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigesin legitimliyini tanımadığını bəyan edib

Avropa İttifaqı Venesuelanın müvəqqəti prezidenti vəzifəsini icra edən Delsi Rodrigesin legitimliyini tanımır. Aİ daha əvvəl Nikolas Maduronun da legitimliyini tanımamışdı, lakin respublika hakimiyyəti ilə “məhdud əlaqələri” saxlamaq niyyətindədir. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Anita Hippe bildirib.

“Delsi Rodriges Venesuelanın müvəqqəti prezidenti kimi and içib, lakin hazırkı Venesuela hakimiyyəti mandatını demokratik dəyişikliklərə dair gözləntilərə cavab verməyən seçkilər əsasında əldə edib”, — deyə o qeyd edib.

Delsi Rodriges Venesuelanın müvəqqəti prezidenti kimi andı Milli Assambleyanın sədri olan qardaşı Xorxe Rodriges qəbul etdirib. Həmin gün ötən ilin mayında seçilmiş 283 deputat da and içib. Mərasim ABŞ hakimiyyəti tərəfindən saxlanılmış Venesuela prezidenti Nikolas Maduronun işi üzrə Nyu-Yorkda davam edən məhkəmə prosesi fonunda baş tutub.

Son xəbərlər
Digər xəbərlər