7 C
Baku
Thursday, December 12, 2024

Aİ vergi qərarlarının qəbulu qaydalarında dəyişiklik edəcək

Avropa İttifaqı (Aİ) Komissiyası vergi siyasətlərinə aid qərarların yekdilliklə qəbul edilməsi əvəzinə, böyük əksəriyyətin səsverməsi ilə qəbul olunmasını təklif edib.

Aİ Komissiyası İttifaqın vergi siyasətində daha məhsuldar və demokratik qərarlar qəbul etmək istiqamətində müəyyənləşdirilmiş yol xəritəsini açıqlayıb. Sənəddə göstərilir ki, Aİ-nin vergi siyasətlərinin müəyyənləşdirilməsi ilə bağlı qərarların qəbul edilməsi üçün böyük əksəriyyətin razılığı kifayət edəcək. Bununla da üzv ölkələr vergilərə dair qərarlarını daha tez və demokratik qaydada qəbul edə biləcəklər. İlkin mərhələdə vergi qaçaqlığı kimi sahələrdə qərarvermə və əməkdaşlıq məsələlərində üzv ölkələrin böyük çoxluğunun səsi kifayət edəcək. 2025-ci ildən sonra isə ƏDV, özəl istehlak vergisi, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunmnası sahələrində də qərarlar böyük çoxluğun səsi ilə qəbul ediləcək.

İndiki halda Aİ üzvü olan ölkələrin vergi sahəsində yekdilliklə qəbul etmədikləri qərarlarla bağlı yaranmış vəziyyət ciddi maliyyə itkilərinə və gecikmələrə səbəb olur. Yekdillik tələbinə görə Aİ daxilində vergi qanunlarının tənzimlənməsi ilə bağlı bir çox qərarların qəbul edilməsi ildən-ilə ötürülür. O da maraqlıdır ki, Aİ Komissiyası tərəfindən irəli sürülmüş təklifin qüvvəyə minməsi üçün üzv ölkələrin hamısının yekdilliklə səs verməsi tələb edilir.

Son xəbərlər
Digər xəbərlər