32 C
Baku
Monday, July 8, 2024

Aİ “X” sosial şəbəkəsini gəlirinin 6%-i həcmində cərimələyəcək

Avropa İttifaqı amerikalı sahibkar İlon Maskın “X” sosial şəbəkəsinə ilin sonuna qədər Aİ-nin onlayn məzmuna nəzarətlə bağlı yeni qaydalarını pozduğuna görə gəlirinin 6%-i həcmində cərimə tətbiq etmək niyyətindədir.

Bu barədə “Bloomberg” Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.

Bu qərar Aİ-nin Rəqəmsal Xidmətlər Aktının tələblərinə əməl edilməməsinə görə “X”a qarşı davam edən istintaqın bir hissəsi kimi nəzərdə tutulub.

Məlumata görə, “X” sosial şəbəkəsinə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qarşı törətdiyi terror aktının görüntülərinin sərbəst şəkildə yayılması ilə bağlı da iddialar irəli sürülüb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər