Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Livandakı vəziyyətlə əlaqədar bu gün Aİ xarici işlər nazirlərinin təcili iclasını çağırıb.
Bu barədə Aİ məlumat yayıb.
“Biz təsdiq edirik ki, ali nümayəndə Aİ-nin Livandakı son eskalasiyaya münasibətini müzakirə etmək üçün bu gün saat 17:00-da təcili qeyri-rəsmi videokonfrans keçirəcək”, – Aİ nümayəndəsi bildirib.