Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri təşkilatın Fələstinə maliyyə yardımını davam etdirməsi ilə bağlı razılığa gəliblər.
Bu barədə qərar Avropa İttifaqı (Aİ) XİN rəhbərlərinin bu gün keçirilən torpantısında qəbul edilib.
Qeyd edək ki, bu gün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel humanitar yardımın göstərilməsi üçün Qəzzada döyüşlərin dayandırılması təklifi ilə çıxış edib.
Onun sözlərinə görə, bununla bağlı məsələ bu gün müzakirə olunacaq: “Bu, humanitar yardımın bölgəyə çatdırılması və paylanması üçün vacibdir”.