19 C
Baku
Sunday, May 5, 2024

AİB 2021-2023-cü illərdə Azərbaycana $780 milyona qədər vəsait ayıra bilər

Asiya İnkişaf Bankı (AİB) 2021-2023-cü illərdə Azərbaycana $780 milyon məbləğində kredit ayırmağa hazırdır.

“Bank Direktorlar Şurasının Azərbaycan üçün təsdiq etdiyi üçillik biznes-plan çərçivəsində $780 milyon məbləğində vəsait ayırmağa hazırdır”, – deyə bankdan məlumat verilib.

Biznes-plana əsasən, AİB bu dövrdə Azərbaycana təhsil, irriqasiya, biznesə dəstək, iqtisadi islahatların dəstəklənməsi və dəmir yollarının inkişafı layihələri üçün 5 kredit ayırmağa hazırdır.

Bununla yanaşı, 2021-ci ildə bank ölkə üçün $85 milyon, 2022-ci ildə $370 milyon, 2023-cü ildə $325 milyon məbləğində krediti ehtiyatda saxlayıb.

AİB 2021-2023-cü illərdə də Azərbaycana $4,5 milyon məbləğində texniki yardım göstərəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər