10 C
Baku
Thursday, December 12, 2024

AİB 2023-2026-cı illərdə Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır

Azərbaycanda real ümumdaxili məhsulun artımı (ÜDM) bu il üçün 4.7% proqnozlaşdırılıb.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında bildirilib. Hesabatda gələn il üçün iqtisadi artım 3.5%, 2024-cü ildə 3%, 2025-ci ildə 2.8%, 2026-cı ildə isə 3.2% müəyyən edilib.

Həmçinin, illik inflyasiya bu il üzrə 5.2% proqnozlaşdırılıb. AİB-ə görə, 2023-2026-cı illərdə Azərbaycanda inflyasiya 4%-dən 3.2%-ə kimi azalacaq.

Bundan əlavə, hesabatda bu il üçün Azərbaycanın xarici borcu üzrə proqnoz 20.2 mlrd. dollar müəyyən edilib. Qeyd edilib ki, bu rəqəm 2026-cı ilə kimi 25.6 mlrd. (2023-cü ildə 20.7 mlrd. dollar, 2024-cü ildə 22.6 mlrd. dollar, 2025-ci ildə isə 23.9 mlrd. dollar) dollara çatacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər