22 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

AİB Azərbaycandakı əsas fəaliyyət istiqamətlərini açıqlayıb

Screen Shot 2021 09 02 at 14.34.20

2019-2023-cü illəri əhatə edən Azərbaycan üzrə tərəfdaşlıq strategiyasına uyğun olaraq, Asiya İnkişaf Bankı (AİB) ölkənin dövlət və özəl sektorlarındakı əməliyyatlarında, eləcə də məlumat mübadiləsi və yeniliklərin təşviqində sinerjiyə xüsusi diqqət yetirəcək.

Bank Azərbaycanın özəl sektorundakı əməliyyatları çərçivəsində, əsasən ölkənin qeyri-siklik sektorlarında iştirak edən və Abşeron yarımadası xaricində fəaliyyət göstərən kiçik və orta müəssisələrə dəstək verməyə çalışacaq. Bank həmçinin kapital cəlb etmək məqsədilə dövlət müəssisələrini də bu əməliyyatlara cəlb edə bilər.

AİB həm də özəl sektorda ticarət maliyyələşdirmə proqramı çərçivəsində bazarda olan boşluqları doldurmaq və qeyri-neft ticarətini təşviq etmək məqsədi ilə yerli banklara zəmanət və borc verməyi hədəfləyir. Bu, öz növbəsində, dövlət və özəl sektorları arasında birgə infrastruktur layihələrini kapital və ya borc maliyyələşdirməsi yolu ilə dəstəkləyə bilər.

Bundan əlavə, bank ölkə iqtisadiyyatının diversifikasiyası və hərtərəfli böyüməsi ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq üçün Azərbaycanı texniki məsləhətlər və məlumatlarla təmin edəcəyini bildirir.

Xatırladaq ki, AİB 1999-cu ildən bəri Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 4,988 mlrd. ABŞ dollar həcmində vəsait ayırmağı öhdəliyinə götürüb və ayrılan vəsaitlərin 72,7%-i və ya 3,61 mlrd. dolları ölkə tərəfindən artıq mənimsənib.

Ayrılan vəsaitlər 78 layihə və texniki yardım proqramları çərçivəsində olub və indiyədək ən çox vəsait bank tərəfindən Azərbaycanın enerji (1,693 mlrd. dollar) ,nəqliyyat (1,461 mlrd. dollar) və dövlət idarəetmə sektorlarına (1,007 mlrd. dollar) yönəlib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər