21 C
Baku
Şənbə, May 21, 2022

AİB: “Azərbaycanın cari hesabında ÜDM-in 20%-i həcmində profisit gözlənilir”

İxracın genişlənməsi və qiymətlərin yüksəlməsi fonunda cari əməliyyatlar hesabının profisitinin ÜDM-də xüsusi çəkisinin 20,2%-dək artacağı gözlənilir.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni “Asian Development Outlook 2022” hesabatında bildirilir.

Proqnozlara görə, 2023- cü ildə bu göstərici 16,9%-dək daralacaq. Eyni zamanda, ixrac üzrə daxilolmaların 14% artımı səbəbindən əmtəə ticarətindəki profisitin 2022-ci ildə 48,5% yüksələcəyi, 2023-cü ildə isə 10,1% enəcəyi gözlənilir.

“Rusiya və Ukraynadan malların təchizatında qıtlığın yaranması, habelə bəzi mallar üzrə aksiz vergi dərəcələrinin qaldırılması səbəbindən idxal dövriyyəsinin 2022-ci ildə 10,3%, 2023-cü ildə isə 4,8% azalacağı proqnozlaşdırılır”, – hesabatda qeyd edilir.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 8,292 mlrd. ABŞ dolları və ya ÜDM-in 15,2%-ni təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilə nəzərən 2,8 dəfə artaraq 14 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 7,7% artaraq 5,7 mlrd. dollar məbləğində olub.

Son xəbərlər
Oxşar xəbərlər