3 C
Baku
Saturday, December 14, 2024

AİB Azərbaycanda irriqasiya şəbəkəsinin yaxşılaşdırılmasına $85 mln. ayıracaq

Asiya İnkişaf Bankı Naxçıvan Muxtar Respublikasında irriqasiya sisteminin inkişafına $85 mln. məbləğində kredit ayırmağı planlaşdırır.

“Biz bu layihəyə $85 mln. məbləğində kredit ayırmağa hazırıq. Bundan əlavə, bank bu layihə çərçivəsində $1,2 mln. məbləğində texniki yardım ayırmağı planlaşdırır”, –  bankdan bildiriblər.

Agentliyin həmsöhbətinin sözlərinə görə, layihə NMR-da 23,23 min hektara yaxın torpağa xidmət edən irriqasiya və drenaj şəbəkələrinin bərpası və modernləşməsini dəstəkləyir.

O cümlədən, layihə su istehlakçıları assosiasiyasına dəstək daxil olmaqla, irriqasiya sisteminin institusional idarəetmə potensialını möhkəmləndirməyə kömək edəcək.

Bütövlükdə layihəyə iki nəticə daxil olacaq: Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin (SAWMC) irriqasiya infrastrukturu və imkanlarının və su istehlakçıları assiosiasiyasının irriqasiya və layihələrin idarəolunması sahəsində imkanlarının yaxşılaşdırılması.

AİB-in qiymətləndirmələrinə görə, kənd təsərrüfatının məhsuldarlığının artırılması ASK sektorunun inkişafı üçün həlledici önəm kəsb edir və məşğulluq imkanlarının yaxşılaşması və gəlir əldə etməyin birbaşa yoludur.

“Bu imkanların reallaşdırılması üçün bir sıra problemli məqamları aradan qaldırmaq zəruridir: iqrriqasiya infrastrukturunu yaxşılaşdırmaq, yeni texnologiyalar tətbiq etmək, maliyyə və zəruri logistikaya çıxışı yaxşılaşdırmaq, həmçinin keyfiyyətli infrastrukturu inkişaf etdirmək”, – bankdan vurğulayıblar.

Eyni zamanda, agentliyin həmsöhbəti əlavə edib ki, bu layihə üçün kreditin ayrılmasının 2021-ci ildə təsdiqi planlaşdırılır.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana $4,2 mlrd. kredit ayırıb. Azərbaycan üçün biznes plana əsasən, Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə ölkəyə $295 mln. məbləğində kredit ayırmağı nəzərdə tutur.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər