15 C
Baku
Saturday, April 20, 2024

AİB Azərbaycanın “Şahdəniz”dən 20 mlrd. dollardan çox gəlir əldə edəcəyini proqnozlaşdırır

Azərbaycanın 2015-2033-cü illər ərzində “Şahdəniz” qaz-kondensat yatağından 20.3 mlrd. ABŞ dolları həcmində gəlir əldə edəcəyi gözlənilir.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatına istinadən xəbər verir.

“”Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir və onun hasilat həcminin 26 mlrd. kubmetrə qədər (illik hasilat – red.) genişləndirilməsi Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək. 2015-2033-cü illər ərzində ölkənin ümumilikdə 20.3 mlrd. dollar əldə edəcəyi gözlənilir”, – hesabatda bildirilir.

Qeyd olunur ki, bu gəlirlər Azərbaycana iqtisadiyyatın diversifikasiyası üçün daha çox maliyyə imkanları verir. Layihə həmçinin Avropa üçün enerji təchizatının yeni mənbəyini təmin edir – onun enerji bazarını şaxələndirir və enerji təhlükəsizliyini gücləndirir.

Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti 2022-ci ildə Avropa İttifaqına qaz ixracını artırmaq barədə razılığa gəlib. Aİ-yə qaz təchizatında gözlənilən çatışmazlığı aradan qaldırmaq üçün Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin buraxılış gücünün artırılması planları da işlənilir.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi SOCAR və beynəlxalq şirkətlərin konsorsiumu arasında 4 iyun 1996-cı il tarixində imzalanıb. Yataq Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 70 kilometr cənub şərqdə yerləşir. Layihədə BP (operator – 29.99%), LUKOIL (19.99%), TPAO (19%), SOCAR (14.35%), NICO (10%) və SGC (6.67%) şirkətləri iştirak edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər