22 C
Baku
Thursday, September 29, 2022

AİB Bakı-Rusiya ilə yük qatarlarının orta sürətinin 60 km/s-dək artacağını gözləyir

Asiya İnkişaf Bankı (AİB) 2022-ci ilədək Bakı-Rusiya ilə dövlət sərhədi marşrutu ilə yük daşımalarının orta sürətinin 60 km/s-dək artacağını gözləyir. Bu barədə  AİB-dən məlumat verilib.

“2014-cü ilə olan məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Bakı-Rusiya ilə dövlət sərhədi marşrutu ilə yük daşımalarının orta sürəti cəmi 25 km/saat təşkil edib. Biz Azərbaycanın dəmir yolu sisteminin inkişafı istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəticəsində 2022-ci ilə qədər orta sürətin 60 km/s-dək artacağını gözləyirik”, – deyə məlumatda bildirilir.

Bankın mütəxəssisləri, həmçinin 2021-ci ilədək Bakı-Gürcüstanla dövlət sərhədi və Bakı-İranla dövlət sərhədi avtomobil marşrutları ilə yük daşımalarının 35% artacağını gözləyir.

Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanın Cənub-Şərqi Asiya ilə, eləcə də Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirilməsinə xidmət edir. Birinci mərhələdə bu dəhlizlə illik 5 mln. ton, gələcəkdə isə 10 mln. tondan artıq yük nəqli planlaşdırılır.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana $4,2 mlrd. kredit ayırıb.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Oxşar xəbərlər