17 C
Baku
Friday, April 19, 2024

AİB-dən Azərbaycan hökumətinə ARDNF ilə bağlı tövsiyyə

Asiya İnkişaf Bankı Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin atrımının təmin olunmasının vacibliyini qeyd edir.

“Azərbaycan Mərkəzi Bankın ehtiyatları ilə yanaşı ARDNF-nin aktivləri Azərbaycanın suveren reytinqinin müəyyən edilməsi üçün mühüm amildir. Bu səbəbdən, Fondun aktivlərinin yaxşı keyfiyyəti və artımını təmin etmək, Azərbaycanın kredit qabiliyyətinin dəstəklənməsi və yaxşılaşdırılması vacibdir”, – AİB-in bu gün dərc olunan Asian Development Outlook 2018 icmalında deyilir.

AİB-in məlumatına əsasən, 2014-2016-cı illərdə Fondun aktivləri dünya bazarlarında neftin ucuzlaşması fonunda azalıb. “Fondun aktivlərinin qorunması məqsədilə Azərbaycan hökuməti ARDNF-dən dövlət büdcəsinə transfertləri azaltdı. Neftin qiymətinin bərpası ilə 2018-ci ilə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi artacaq. Bu, ARDNF-nin aktivlərinə müəyyən təzyiq göstərə bilər”, – bank qeyd edir.

Bankın qiymətləndirmələrinə əsasən, 2018-ci ildə ARDNF-nin xalis gəliri $1,1 mlrd. təşkil edəcək.

AİB həmçinin son 5 il ərzində orta hesabla 2,4% təşkil edən ARDNF-nin aktivləri üzrə aşaöı səviyyədə gəlirliyi qeyd edir. “Müqayisə üçün, Norveçin Neft Fondunun investiya portfelinin real gəliri 9,2% təşkil edib”, – icmalda vurğulanır.

Son xəbərlər
Digər xəbərlər