Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu ilin sonuna 9.2 mlrd. dollara çatacaq.
Bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında bildirilib. Hesabata əsasən, AMB-nin valyuta ehtiyatları gələn il üçün 10.2 mlrd. dollar həcmində proqnozlaşdırılıb.
Qeyd edək ki, bu ilin noyabr ayının 30-na olan məlumata görə, AMB-nin rezervləri 7.969 mlrd. dollar təşkil edir. Mərkəzi Bankın valyuta ehtiyatları sonuncu dəfə 2015-ci ilin mart ayında 9 mlrd. dollardan çox olub.