-3 C
Baku
Sunday, December 15, 2024

AİB: Gələn il AMB-nin valyuta ehtiyatları 10 mlrd. dolları keçə bilər

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu ilin sonuna 9.2 mlrd. dollara çatacaq.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında bildirilib. Hesabata əsasən, AMB-nin valyuta ehtiyatları gələn il üçün 10.2 mlrd. dollar həcmində proqnozlaşdırılıb.

Qeyd edək ki, bu ilin noyabr ayının 30-na olan məlumata görə, AMB-nin rezervləri 7.969 mlrd. dollar təşkil edir. Mərkəzi Bankın valyuta ehtiyatları sonuncu dəfə 2015-ci ilin mart ayında 9 mlrd. dollardan çox olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər