9 C
Baku
Friday, December 13, 2024

AİB Gürcüstan bankına 32 mln. dollar kredit ayrılıb

Avropa İnvestisiya Bankı (EIB) Gürcüstanın “TBC Bank”-ı ilə kredit müqaviləsi imzalayıb.

32 milyon dollar (90 milyon gürcü larisi) civarında olan borc 5 il müddətinə nəzərdə tutulub.

“TBC Bank” bu vəsaiti EIB-də avro, dollar və lari valyutalarında əldə edə bilər.

Açıqlamada deyilir ki, həmin vəsait Gürcüstanda mikro, kiçik və orta biznesin inkişafına sərf ediləcək.

“TBC Bank”ın Baş icraçı direktoru Vaxtanq Butşrikidze deyib ki, milli valyutada kreditin alınması rəhbərlik etdiyi Bankın risklərini azaldacaq.

Xatırladaq ki, “TBC Bank” Gürcüstan bank bazarı üzrə depozit portfelinin 39,3%-ni, ümumi kredit portfelinin isə 38,7%-ni təşkil edir.

©Report

Son xəbərlər
Digər xəbərlər