27 C
Baku
Saturday, July 27, 2024

AİB-in Azərbaycanda əsas məsləhətçiləri məlum olub

Asiya İnkişaf Bankının (AİB) 2017-2021-ci illər üzrə Azərbaycanda icra etdiyi layihələrdə əsas məsləhətçiləri açıqlanıb.

AİB-in məlumatına görə, KPMG Ltd. məsləhətçi qismində bankın Azərbaycan üzrə icra edilən müxtəlif layihələrində (0,54 milyon dollar dəyərində) iştirak edib.

Enerji layihələrinin icrası üzrə BDO Azerbaijan LLC məsləhətçi (0,5 milyon dollar) olub. AİB-in Azərbaycanda nəqliyyat layihələri üzrə iki əsas məsləhətçisi “Kocks Consult GmbH” və “BCL Associates Ltd” seçilib. Müvafiq olaraq şirkətlərlə bağlanan müqavilələrin dəyəri 0,38 milyon və 0,33 milyon dollar təşkil edib.

“Baker Tilly Azerbaijan” həm enerji, həm nəqliyyat, həm də infrastruktur layihələrinin icrasında məsləhətçi qismində 0,32 milyon dollarlıq xidmət göstərib.

AİB-in bu xidmətlərlə bağlı ayırdığı vəsaitin ümumi həcmi 3,64 milyon dollar təşkil edib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər