2 C
Baku
Saturday, December 14, 2024

AİB-in Azərbaycan üzrə direktoru bankın Qazaxıstan üzrə rəhbəri vəzifəsinə təyin edilib

Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbekov AİB-in Qazaxıstan üzrə yeni direktoru vəzifəsinə təyin edilib.

Bu barədə AİB-in Bakı ofisindən bildirilib

Qeyd olunub ki, N. Manapbekov bankın Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri kimi öhdəliklərini ilin sonunadək icra edəcək.

Qazaxıstanda yeni vəzifəsinə bu ay başlayan N. Manapbekov bu ölkənin şaxələndirilmiş, əhatəli və ekoloji cəhətdən davamlı iqtisadi artım yolunda dəstəyə diqqət yetirərək AİB-in ölkədəki fəaliyyətinə rəhbərlik edəcək.

Qeyd edək ki, 10 il əvvəl banka qoşulan iqtisadçı N. Manapbekov 2016-cı ildən bəri AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər