Asiya İnkişaf Bankı indiyədək Azərbaycana 5,5 mlrd. ABŞ dolları həcmində maliyyə vəsaiti ayırıb.
Bunu 13-cü Beynəlxalq Caspian Energy Forumda Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Cəmal bildirib.
Onun sözlərinə görə, qeyd olunan maliyyə vəsaitinin 4 mlrd. dollardan çoxu dövlət sektorunun, 1,2 mlrd. dolları isə özəl sektorun payına düşüb.
Sunniya Durrani-Cəmal onu da qeyd edib ki, 25 ildən artıq əməkdaşlıq müddətində AİB Azərbaycana müxtəlif sektorların inkişafı üçün vəsait ayırıb və hazırda perspektivli sahələrdən biri kimi “yaşıl enerji”nin inkişafı istiqamətinə baxılır.








