Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya əlavə olaraq 700 milyon dollar ayıracaq.
Bunu bankın vitse-prezidenti Tereza Çervinskaya İsveçrənin Luqano şəhərində keçirilən Ukraynanın Yenidənqurulması üzrə Beynəlxalq Konfransda deyib.
“Avropa İnvestisiya Bankı Ukraynanı dəstəkləməyə davam edəcək. Tez zamanda bərpa və uzunmüddətli dəstək lazımdır,” – Çervinskaya bildirib.