19 C
Baku
Friday, October 4, 2024

AİF-in agent bankları 2006-cı ildən etibarən 604 mln. manatdan çox ipoteka krediti verib

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ildən etibarən 15 212 ipoteka krediti verib. Bu barədə AİF-in saytında dərc edilmiş məlumatda deyilir.

2006-2014-cü illərdə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 604 mln. 339 min manat təşkil edib.

AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

2013-cü ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 112,9 mln. manat təşkil edib.

İnterfax.az

Son xəbərlər
Digər xəbərlər