Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu e-xidmətlərini “Elektron hökumət” portalı vasitəsilə daha sadələşdirilmiş şəkildə vətəndaşlara təqdim edəcək.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində fondun nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda məlumat verilib.
Toplantı çərçivəsində portal üzərindən təqdim olunan, xüsusilə də, bank sektorunun maraq dairəsində olan elektron arayışlar əyani olaraq fondun əməkdaşlarına nümayiş etdirilmiş, elektron arayışların vətəndaşlar üçün təmin etdiyi üstünlüklər müzakirə edilmişdir.
Tezliklə, vətəndaşlar onlayn ipoteka müraciətini daha rahat icra edə biləcəklər.