23 C
Baku
Saturday, October 4, 2025

AİF-in Erməni hakerlər tərəfindən dağıdılmış saytının işi bərpa edilib

Azərbaycan İpoteka Fondunun (AİF) ölkənin Milli Bankı yanında fəaliyyət göstərən veb- saytının işi bərpa edilib.

Xəbər verildiyi kimi, bazar ertəsi sayt erməni hakerlər tərfindən dağıdılıb. Fondun www.amf.azsaytına daxil olarkən ingilis dilində “ASALA tərəfindən dağıdılıb” (Hacked by A.S.A.L.A.) ifadəsi ekrana çıxır. Yazının altında bu terrorçu təşkilatın rəmzi yerləşdirilib.

ASALA (Ermənistanın məxfi azadlıq ordusu) erməni terror təşkilatıdır. 1975-ci ildə Beyrutda livanlı erməni Akop Akopyan tərəfindən yaraılıb. Əvvəllər təşkilat türkiyəli diplomatlara hücum edirdi, daha sonra ASALA qərb ölkələrinin nümayəndələrinə qarşı bir sıra əməliyyatlar həyata keçirdi: aviaşirkətlərin ofislərinə, eləcə də təşkilatın nümayəndələrini həbsdə saxlayan ölkələrin rəsmi şəxslərinə hücumlar etməyə baladı.ASALA-nın törətdiyi qətillər və hücumlar nəticəsində 50-yə yaxın insan ölüb, 300 nəfər yaralanıb.

Son xəbərlər
Digər xəbərlər