Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) istiqraz emissiyasını (AZ2016008685) dövlət qeydiyyatına alıb. Bu barədə Palatadan məlumat daxil olub.
Emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 15 000 ədəd faizli ipoteka istiqrazlarının buraxılışını nəzərdə tutur.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.







