Erməni hakerlər Azərbaycan İpoteka Fondunun (AİF) Ölkənin Milli Bankı yanında fəaliyyət göstərən veb- saytını dağıdıblar.
Fondun www.amf.az saytına daxil olarkən ingilis dilində “ASALA tərəfindən dağıdılıb” (Hacked by A.S.A.L.A.) ifadəsi ekrana çıxır. Yazının altında bu terrorçu təşkilatın rəmzi yerləşdirilib.
Artıq fond saytı bağlayıb, təmizləmə işləri həyata keçirir.
ASALA (Ermənistanın məxfi azadlıq ordusu) erməni terror təşkilatıdır. 1975-ci ildə Beyrutda livanlı erməni Akop Akopyan tərəfindən yaraılıb. Əvvəllər təşkilat türkiyəli diplomatlara hücum edirdi, daha sonra ASALA qərb ölkələrinin nümayəndələrinə qarşı bir sıra əməliyyatlar həyata keçirdi: aviaşirkətlərin ofislərinə, eləcə də təşkilatın nümayəndələrini həbsdə saxlayan ölkələrin rəsmi şəxslərinə hücumlar etməyə baladı.ASALA-nın törətdiyi qətillər və hücumlar nəticəsində 50-yə yaxın insan ölüb, 300 nəfər yaralanıb.
interfaks