10 iyun 2014-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.
Hərracda 1 birja üzvü iştirak etmişdir. Sifarişin ümumi məbləği nominal üzrə 5 000 000 manat təşkil etmişdir.
Sifarişlər 100.9917 % qiymətdə təqdim edilmişdir. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilmişdir.
İstiqraz vərəqələrinin ödəmə tarixi 21 dekabr 2023-ci ildir.