Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 16 min 925 ipoteka krediti verib.
Banker.az AİF-ə istinadən məlumat verir ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 681 milyon 863 min 978 manatdan çoxdur.
Qeyd edək ki, AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.