29 C
Baku
Tuesday, July 23, 2024

AİH-in idarəetməsində olan dövlət şirkəti: xərclər azaldı, xalis mənfəət artdı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2021-ci il üzrə maliyyə hesabatında xalis mənfəət etdiyi məlum olub.

Banker.az xəbər verir ki, “Ernst&Young” audit şirkəti tərəfindən aparılan audit hesabatına görə, dövlət şirkəti 2021-ci ildə 459.13 mln. manat gəlir (2020: 421.05 mln.), 306.07 mln. manat satışların maya dəyəri (259.56 mln. manat) olub. Göründüyü kimi gəlirlərin artmasına rəğmən maya dəyəri daha da artıb ki, bu da ASCO-nun ümumi mənfəətini 153.06 mln. manata düşürdüb. Bu 2020-ci ildə 161.49 mln. manat idi.

Bunlara rəğmən, dövlət şirkətinin inzibati və digər xərcləri optimallaşıb. Məslənən, inzibati xərclərinin 2020-ci ildə 40.86 mln. manat olduğu halda, bu xərclər 2021-ci ildə 39.96 mln. manata, sosial xərclər 12.54 mln.-dan 7.12 mln. manata, gəmilərin əsas vəsaitlərinin,qeyri-maddi aktivlərinin silinməsindəki zərər 61.36 mln.-dan 58.63 mln. manata düşüb. Əvəzində digər əməliyat gəlirlərində 11% artımla 21.76 mln. manata yüksəlib.

Bununla da 2021-ci ildə 51.79 mln. manatlıq xalis mənfəət əldə edib. Öncəki ildə bu 45.04 mln. manat idi.

Şirkətin xərclərinin azalması diqqət çəkir.

21

ASCO son bir ildə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan Azərbaycan İnvestosiya Holdinqinin idarə etməsinə verilib. 2021-ci ilin birinci rübü artıq AİH-in idarə etməsinə verilmişdi.

AİH onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərir.

Göründüyü kimi AİH-in idarəetməsinə verildikdən sonra xərclərdə bir qədər optimallaşma var. Lakin bu da vurğulanmalıdır ki, bu dövlət müəəssəsi dövlətin divident gözlədiyi azsaylı müəssələrdəndir. Yəni, burada xalis mənfəət həmişə olub.

Hazırda ASCO-nun balansında 549.1 mln. manatlıq bölüşdürülməmiş mənfəət mövcuddur.

Hökumətin 2022-ci il üzrə dövlət büdcəsi üzrə dividentlərdən gəlirlərdə əsas gözləntisi ABB-dən olsa da, ASCO-nun da adı bu siyahıda var.

2 1

 

Son xəbərlər
Digər xəbərlər